“Qarabağ” – “Viktoriya Plzen” oyununu idarə edəcək hakimlər müəyyənləşib
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ” komandasının turnirin pley-off mərhələsində Çexiyanın “Viktoriya Plzen” klubuna qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Slavko Vinçic olacaq. Ona yan xətt hakimləri Tomaz Klancnik və Andraj Kovacic kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək. VAR hakimləri isə Nejc Kajtazovic və Jure Praprotnik olacaq.

Qeyd edək ki, avqustun 17-də oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq.

Xəbər 276 dəfə oxundu.