Azərbaycan kikboksinqçiləri V İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Türkiyəyə yola düşüblər
Azərbaycan kikboksinq millisinin böyük sayda nümayəndə heyəti Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün qardaş ölkəyə yola düşüb.

Komandanın heyətində 24 idmançı yer alıb. Belə ki, kikboksinqin “low” kick növündə Nihad Tağızadə (51 kq), Mahmud Hüseynov (54 kq), Anar Məmmədov (57 kq), Qiyas Şahmərdanov (60 kq), Arzuman Qədimov (63,5 kq), Qəşəm Məmmədov (67 kq), Rəhim Əliyev (71 kq), Ramal Aslanov (75 kq), Elcan Alkişiyev (81 kq), Bəybala Quliyev (86 kq), Bəhram Rəcəbzadə (+91 kq) mübarizə aparacaq. “Full contact” üzrə Amil Məmmədov (51 kq), Camal Məmmədov (54 kq), Ramiz Məmmədov (60 kq), Fərid Ağamoğlanov (63,5 kq), Pərvin Heydərov (67 kq), Elxan Əliyev (71 kq), Saqi Salehli (75 kq), Elvin Ağayev (86 kq), Surət Qarayev (91 kq) güclərini sınayacaqlar.

Qadınlar arasında keçirilən yarışlarda isə Fəridə Abdullayeva (52 kq), Aysu Devrişova (56 kq), Tülün Ələkbərova (60 kq), Esmira Məmmədova (65 kq) iştirak edəcəklər.

Nümayəndə heyətinə AKF-nın I vitse-prezidenti, milli komandanın kapitanı Ramal Aslanov rəhbərlik edir. Komanda baş məşqçi Elşən Abdulrəhimov, böyük məşqçi Hikmət Hacıyev, məşqçilər Telman Məhərrəmov, Eduard Məmmədov və Mehman Umudovun rəhbərliyi altında mübarizə aparacaq. Azərbaycanı İslamiadada hakim kimi AKF Hakimlər Kollegiyasının sədr müavini Aydın Ağabəyov təmsil edəcək.

Qeyd edək ki, İslamiadada kikboksinq yarışları avqustun 16-18-də keçiriləcək.

Xəbər 354 dəfə oxundu.