“Bakı” yenidən ciddi itkilərlə üzləşib
“Bakı” yenidən ciddi itkilərlə üzləşib. Paytaxt klubu üç futbolçunun xidmətindən məhrum olub.
Uzun müddət zədə ilə mübarizə aparan Uinston Parks yenidən sıradan çıxıb. Kosta-rikalı futbolçu “Turan” matçnıdan öncə keçirilən məşqdə yenidən zədə alıb və bu səbəbdən oyunu buraxıb. Parks ən azı daha bir həftə oynaya bilməyəcək.
Ondan başqa Maris Verpakovskis və Leonardo Beçerra da zədəlidi. Son oyunu buraxan futbolçular məşqlərə qatıla bilmir.

Xəbər 849 dəfə oxundu.