Cüdoçumuz dünya çempionatının bürünc medalını qazanıb
Ekvadorun Quayaquil şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.

Azərbaycan cüdoçusu Elcan Hacıyev yarışda üçüncü yeri tutub. İdmançımız medal uğrunda qarşılaşmada qazaxıstanlı Maksim Merlana qalib gəlib.

Qeyd edək ki, 65 ölkədən 400-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycanı səkkiz idmançı təmsil edir. Cüdoçularımız baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi ilə çıxış edirlər.

Xəbər 228 dəfə oxundu.