Cüdoçularımız Qoridə təlim-məşq toplanışında iştirak edirlər
Cüdo üzrə yeniyetmələrdən ibarət milli yığma komandamızın 12 üzvü Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışına qatılıb.

Hazırlıqda Gürcüstanın yeniyetmələrdən ibarət komandası ilə yanaşı, Qazaxıstan və Kiprdən olan idmançılar da iştirak edirlər.

Yeniyetmə cüdoçularımıza baş məşqçi Rüstəm Alimli və məşqçi Emin İskəndərov rəhbərlik edir.

Təlim-məşq prosesi avqustun 24-28-də Sarayevoda təşkil olunacaq yeniyetmələr arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Xəbər 215 dəfə oxundu.