Qadın idman gimnastımız Avropa çempionatında uğurla çıxış edib
Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında gimnastımız Nazənin Teymurova dayaqlı tullanma üzrə hərəkətlərin icrasında uğurla çıxış edib.

Atletimiz Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq qadın idman gimnastikası üzrə gənclər yaş kateqoriyasında finala vəsiqə qazanıb.

Nazənin, həmçinin bu idman növü üzrə Avropa çempionatının final mərhələsinə adlayan ilk azərbaycanlı gimnast kimi adını tarixə yazdırıb.

Xəbər 208 dəfə oxundu.