Ağırlıqqaldıranlarımızın İslamiadada çıxışları davam edir
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunları davam edir.

Ağırlıqqaldırma üzrə Azərbaycan komandasının 10 idmançısı (3 qadın, 7 kişi) yarışda iştirak edir. Təmsilçilərimizdən Tehran Məmmədov 61 kiloqram çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 116 kiloqramı ram edib. Təkanla qaldırmada isə 141 kiloqramı başı üzərinə qaldırıb.

Toplam 257 kiloqram (116+141) nəticə ilə atletimiz yekun sıralamada 6-cı yeri tutub.

Xəbər 279 dəfə oxundu.