İkiqat Avropa və dünya çempionumuz Eldəniz Əzizli “Konya-2021”in yarımfinal mərhələsinə yüksəlib
Yunan-Roma güləşçimiz Eldəniz Əzizli V İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsinə yüksəlib.

Turnirdə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan ikiqat Avropa və dünya çempionumuz dörddəbir finalda Türkmənistan təmsilçisi Ümid Durdiyevi 8:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər.

Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Xəbər 206 dəfə oxundu.