Bu gün “Zirə” komandası “Sabah”la qarşılaşacaq
Bu gün futbol üzrə Misli Premyer Liqasında ikinci turun oyunlarına start veriləcək.

ikinci turun açılış matçında “Zirə” komandası “Sabah”ı qəbul edəcək. “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq. Görüşün baş hakimi İnqilab Məmmədov olacaq. Bu komandalar arasındakı son altı qarşılaşmada ən azı iki qol qeydə alınıb. “Zirə” son yeddi oyunda meydanı qolsuz tərk etməyib.

Tura avqustun 13-14-də keçiriləcək “Sumqayıt”–“Qarabağ”, “Səbail”–“Turan Tovuz”, “Qəbələ”–“Şamaxı” və “Neftçi”–“Kəpəz” görüşləri ilə yekun vurulacaq.

Hazırda hərəyə üç xal toplayan “Zirə”, “Sabah”, “Qarabağ”, “Qəbələ” və “Neftçi” turnir cədvəlində birinci-beşinci yerləri bölüşürlər.

Qeyd edək ki, cari çempionat altıillik fasilədən sonra 10 komandanın iştirakı ilə keçirilir və Premyer Liqada ilk dəfə VAR sistemindən istifadə olunur.

Xəbər 300 dəfə oxundu.