Amerikalı velosipedçi dopinq qəbul etdiyinə görə ömürlük idmandan kənarlaşdırılıb
ABŞ Antidopinq Agentliyi (USADA) velosipedçi Cekson Neşi antidopinq qaydalarını pozduğuna görə ömürlük idmandan uzaqlaşdırıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

2021-ci ildə USADA Neşin yeddi antidopinq qayda pozuntusunu, o cümlədən qadağan olunmuş maddələrin - testosteron, klenbuterol, oxandrolon və anastrozolun istifadəsini göstərən sübutlarla bağlı araşdırmaya başlayıb. Məlum olub ki, Neş qadağan olunmuş maddələri satıb və ya satmağa cəhd edib, həmçinin digər idmançıları onlardan istifadə etməyə razı salıb.

Neşin ömürlük qadağası 2022-ci il iyunun 30-dan, ona cəzanın verildiyi gündən qüvvədədir. Bundan əlavə, 2021-ci il dekabrın 15-dən etibarən onun iştirak etdiyi yarışlarda nəticələri ləğv ediləcək. Velosipedçi bu müddət ərzində qazandığı medalları və pul mükafatlarını qaytarmalı olacaq.

Xəbər 283 dəfə oxundu.