Xatirə turnirindən 1 qızıl və 2 bürünc medalla
Sentyabrın 15-də Türkiyənin Rizə şəhərində olimpiya çempionu Akif Pirimin xatirəsinə yeniyetmə yunan-Roma güləşçiləri arasında beynəlxalq turnir keçirilib. İdman.com.az saytının məlumatına görə, bu yarışda məşqçi Rasim Ağayevin rəhbərliyi ilə 3 idmançımız iştirak edib. Sevindiricidir ki, Anadoluda hər 3 təmsilşimiz fərlənib: 1 qızıl və 2 bürünc medal qazanıb. 50 kq çəkidə mübarizə aparmış Elçin Məmmədov bütün rəqiblərindən üstün olub. Akşin Məmmədli (85 kq) və Cavid Feyziyev (100 kq) fəxri kürsünün 3-cü pilləsinə çıxıblar.

Xəbər 4634 dəfə oxundu.