UEFA Konfrans Liqası: "Rapid"-"Neftçi" görüşündə əlavə vaxt oynanılır
Avstriyada “Rapid” və “Neftçi” komandaları arasında UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmasında meydan sahibləri əsas vaxtda 1:0 hesabı ilə qalib gəliblər.

Rəqibin heyətində 66-cı dəqiqədə Marko Qrüll topu qapıdan keçirib. Paytaxtımızda təşkil olunmuş matçda "Neftçi" 2:1 hesabı ilə qalib gəldiyi üçün bu görüşdə əlavə vaxta oynanılacaq.

Səfərdəki oyunu norveçli hakim Rohit Saqq idarə edir.

Bu matçın qalibi turnirin növbəti - pley-off mərhələsində Lixtenşteynin “Vaduts” klubu ilə üz-üzə gələcək.

Xəbər 283 dəfə oxundu.