Güləşçilərimiz İslamiadada qızıl və bürünc medallar uğrunda mübarizə aparacaqlar
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın sərbəst kişi və qadın güləşçiləri medal görüşlərinə çıxacaqlar.

Final mərhələsində İslam Bazarqanov (61 kq) Cahangirmirzə Turabov, Leyla Qurbanova (53 kq) Aktenqe Keunimjayeva (hər ikisi Özbəkistan), Gözəl Zutova (72 kq) Buse Çavuşoğlu (Türkiyə) ilə qızıl medal uğrunda mübarizə aparacaqlar.

Əsgər Məmmədəliyev (70 kq) Cəmşid Şərifov (Tacikistan), Tatyana Omelçenko (62 kq) Herlina Xarişma Tantri (İndoneziya), Hacımurad Ömərov (79 kq) Mehir Koşkinbayev, Osman Nurmaqomedov (92 kq) Abdimanap Baigenjeyev (hər ikisi Qazaxıstan) ilə bürünc medal uğrunda döyüşəcəklər.

Xəbər 224 dəfə oxundu.