Azərbaycanın daha bir sərbəst güləşçisi V İslam Həmrəyliyi Oyunlarında yarımfinala adlayıb
Azərbaycanın daha iki sərbəst güləşçisi V İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə əldə ediblər.

Türkiyənin Konya şəhərində təşkil olunan bu mötəbər yarışda İslam Bazarqanov (61 kq) pakistanlı Məhəmməd Bilala 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Komandamızın digər üzvü Hacımurad Ömərov (79 kq) yarımfinal uğrunda döyüşdə özbəkistanlı Arslan Budajapovu sonuncu xal prinsipinə əsasən (4:4) məğlub edərək növbəti mərhələyə adlayıb.

Xəbər 260 dəfə oxundu.