Milli komandamızın 20 ili bir kitabda
Təcrübəli qələm sahibi, Əməkdar jurnalist Abas Əzimov futbolsevərlərə növbəti töhfəsini bəxş edib. «Neftçi-70», «Futbolumuzun futzal salnaməsi», «Xatirələrdə yaşayalar» kitablarının müəllifi bu dəfə ölkəmizin millisinin növbəti dünya çempionatı seçmələrinə start verməsi ərəfəsində «Azərbaycan milli komanda»sı kitabı ilə oxucuların görüşünə gəlib. Bu kitab Azərbaycan seçmə komandalarının keçirdikləri beynəlxalq oyunlardan bəhs edir. Futbol həvəskarları 1992-ci ildən 2011-ci ilə kimi seçmə komandalarımızın keçirdikləri ounların tarixi və nəticələri ilə müfəssəl şəkildə bu kitabdan tanış ola biləcəklər. Kitabda «A» milli komandamızın bütün rəsmi və qeyri-rəsmi beynəlxalq görüşlərdəki heyətləri də verilib.
Futboləularımızn milli komandanın heyətində keçirdikləri oyunların, həmçinin rəqib komandaların qapılarından keçirdikləri topların sayı kitabda öz əksini tapıb. Kitabın illüstrativ materialları sırasında millinin oyunlarından şəkillər, yığma komandamızın tarixində aparıcı futboçuların və baş məşqçilərin portretləri yer alır.

Xəbər 827 dəfə oxundu.