Polşada cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı davam edir
Polşanın Zakopane şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı davam edir.

Avqustun 17-dək keçiriləcək hazırlıq prosesinə böyüklərdən ibarət milli komandamızın 14 cüdoçusu qatılıb. Milli komandaya baş məşqçi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Mehman Əzizov, fiziki hazırlıq üzrə məşqçi Həsrət Məhəmmədov rəhbərlik edirlər.

Təlim-məşqlər böyüklər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır. Mundial oktyabrın 6-12-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil ediləcək.

Xəbər 210 dəfə oxundu.