3x3 basketbol idman növü üzrə Avropa çempionatında millimizin rəqibləri müəyyənləşib
Sentyabrın 9-11-də Avstriyanın Qrats şəhərində baş tutacaq 3x3 basketbol idman növü üzrə Avropa çempionatında milli komandamız "D" qrupunda mübarizə aparacaq.

Yığmamızın qrupdakı rəqibləri Belçika və Hollandiya komandaları olacaq. Millimiz qrupda hər iki görüşünü sentyabrın 9-da keçirəcək. Yığmamızın ilk görüşü Bakı vaxtı ilə saat 18:45-də Belçika seçməsi, ikinci görüşü isə saat 21:30-da Hollandiya komandası ilə olacaq.

Qeyd edək ki, qrupda ilk iki pilləni tutan komandalar 1/4 final mərhələsinə yüksələcək.

Xəbər 341 dəfə oxundu.