Qadın şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasında fərdi lövhələrdə medallara layiq görülüblər
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasında turnir boyu layiqli mübarizə sərgiləyən Azərbaycanın qadın millisi fərdi lövhələrdə medallara layiq görülüblər.

Xanım Balacayeva 9 partiyada 7 xal toplamaqla ikinci lövhədə bürünc, ehtiyat şahmatçımız Ülviyyə Fətəliyeva isə 8 oyunda 5 xal qazanmaqla fərdi nəticələrinə görə gümüş medala layiq görülüblər.

Qeyd edək ki, həm qadın, həm də kişilərdən ibarət milli komandalarımız olimpiadanı 16 xalla 7-ci sırada başa vurublar.

Xəbər 338 dəfə oxundu.