Taekvondoçumuz V İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb
Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz bürünc medal qazanıb.

Komandamızın üzvü Patimat Abakarova (49 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, bu gün həmçinin taekvondoçularımız Cavad Ağayev (68 kq) və Fəridə Əzizova (67 kq) da finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, bundan əvvəl Anna Skidan (atletika, çəkicatma) qızıl, Aleksis Kopello (atletika, üç təkanla tullanma), Alyona Kolesnik (güləş, 59 kq) gümüş, Həşim Məhəmmədov (taekvondo, 58 kq) isə bürünc medala sahib olublar.

Xəbər 317 dəfə oxundu.