Cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Bu gün Ekvadorun Quayaquil şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı start götürəcək.

Yarışın ilk günündə Turan Bayramov (60 kq) mübarizə aparacaq. Onun ilk rəqibi yunanıstanlı Adam Anastasopoulos olacaq.

Qeyd edək ki, 65 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək. Cüdoçularımız baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında çıxış edəcəklər.

Xəbər 259 dəfə oxundu.