Sərbəst güləşçimiz V İslam Həmrəyliyi Oyunlarında bürünc medal görüşünə vəsiqə qazanıb
Azərbaycanın sərbəst güləşçiləri V İslam Həmrəyliyi Oyunlarında uğurlu çıışlarını davam etdirirlər.

Temsilçimiz Əliabbas Rzazadə (57 kq) Türkiyənin Konya şəhərində keçirilən yarışda təsəlliverici görüşdə seneqallı Omar Fayeyə "tuşe" ilə qalib gələrək bürünc medal görüşünə vəsiqə qazanıb.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Abubakr Abakarov (86 kq), qadın güləşçimiz Mariya Stadnik (50 kq) oyunların finalına vəsiqə əldə ediblər.

Xatırladaq ki, daha əvvəl taekvondoçulardan Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) yarımfinala çıxmaqla, ən azı bürünc medalı təmin ediblər.

İslamiadada Azərbaycan komandasının üzvləri - atletika üzrə Anna Skidan (çəkicatma) qızıl, Aleksis Kopelyo (üç təkanla tullanma), qadın güləşçimiz Alyona Kolesnik (59 kq) gümüş və Həşim Məhəmmədov (taekvondo) isə bürünc medala sahib olublar.

Xəbər 271 dəfə oxundu.