“Partizan” “Neftçi” ilə oyuna lider kimi çıxacaq
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Serbiyanın “Partizan” klubu sentyabrın 20-də təmsilçimizlə baş tutacaq qarşılaşmaya lider kimi çıxacaq. Belqradlılar Serbiya Superliqasında birinci pilləyə yüksəliblər.

Bu, heç də “Partizan”ın özündən asılı olmayıb. Belə ki, 2 gün əvvəl “Hayduk”u 5:2 hesabı ilə məğlub edən Vladimir Vermezoviçin yetirmələrinin lider olmasına 1 gün sonrakı matçlar səbəb olub.

Ardıcıl 3 qələbədən sonra baş məşqçisini istefaya göndərən “Voyvodina”nın xal itirməsi sayəsində “Partizan” turu zirvədə bitirib. Beləliklə də Serbiya çempionu “Neftçi” ilə oyun öncəsi ilk pilləyə yüksəlib.

Xəbər 1007 dəfə oxundu.