Daha bir güləşçimiz “Konya-2021”in finalına yüksəlib
Qadın güləşçimiz Mariya Stadnik (50 kq) V İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.

Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda güləşçimiz yarımfinalda tunisli Sarra Hamdi ilə qarşılaşıb. Rəqibini 39 saniyəyə 10:0 hesabı ilə məğlub edən M.Stadnik finala yüksəlib.

M.Stadnik “Bakı-2017” dördüncü İslam Həmrəyliyi Oyunlarının qalibidir.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Xəbər 225 dəfə oxundu.