Titullu güləşçimiz Hacı Əliyev “Konya-2021”ə qələbə ilə başlayıb
Üçqat Avropa və üçqat dünya çempionu olan sərbəst güləşçimiz Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz İran idmançısı Morteza Hasanali ilə qarşılaşıb. Görüşdə hesabda geridə olmasana baxmayaraq, əzmkarlıq nümayiş etdirən H.Əliyev (8:4) inamlı qələbə qazanaraq yarımfinala yüksəlib.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Xəbər 281 dəfə oxundu.