Avropa çempionatının oyunlarının təqvimi məlum olub
19 yaşadək qızlardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunlarının təqvimi məlum olub. 9-cu qrupda mübarizə aparacaq Azərbaycan yığmasının hər 3 oyununun günü və yeri açıqlanıb.

Hələ formalaşmayan, yalnız ölkəmizdə təşkil olunan 17 yaşadək futbolçuların dünya çempionatından sonra U-19-a çevriləcək millimiz hər 3 oyununu Rusiyanın Krımsk şəhərindəki “Qiqant” İdman Kompleksində keçirəcək.

Yığmamız ilk matçını meydan sahiblərinə qarşı keçirəcək. Növbəti matçda İsveçlə qüvvəsini sınayacaq yığmamız ən sonda Sloveniya ilə qarşılaşacaq.

20 oktyabr
Rusiya – Azərbaycan

22 oktyabr
İsveç – Azərbaycan

25 oktyabr
Azərbaycan - Sloveniya

Xəbər 1032 dəfə oxundu.