Azərbaycan idmançılarının 2022-ci ilin avqust ayı üçün reytinqi açıqlanıb
Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2022-ci ilin avqust ayı üçün reytinqini açıqlayıb.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 435 xalla reytinqə başçılıq edir. İkinci pillədə iyul ayında Misirin paytaxtı Qahirədə keçirilmiş qılıncoynatma üzrə dünya çempionatında gümüş medal qazanan Anna Başta (330 xal) və üçüncü yerdə isə bədii gimnast Zöhrə Ağamirova (300 xal) qərarlaşıblar.

Qeyd edək ki, reytinq xallarının hesablanması nazirlik tərəfindən müəyyənləşdirilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, beş kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Xəbər 352 dəfə oxundu.