Azərbaycan üzgüçüləri Avropa çempionatında və İslamiadada güclərini sınayacaqlar
Azərbaycanın üzgüçülük üzrə milli komandasının üzvləri iki mötəbər yarışda güclərini sınayacaqlar.

idmançılarımız Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanovun rəhbərliyi altında İtaliyanın Roma şəhərində avqustun 11-dən 17-dək təşkil olunacaq su idman növləri üzrə üzrə Avropa çempionatında güclərini sınayacaqlar. Belə ki, avqustun 11-də - yarışların ilk günündə Ramil Vəlizadə 50 metr batterflyay, Məryəm Şeyxəlizadəxangah isə 100 metr kroy üsulunda mübarizələrə qatılacaqlar. Bu yarışlardan dərhal sonra hər iki idmançı Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında milli komandaya qoşulacaqlar.

Milli komandamız İslam Oyunlarına geniş tərkibdə yollanıb. Hazırda məşqçi Rəşad Əliyevlə birgə digər üzgüçülərimiz Rəşad Alquliyev, Vəli İsrafilov, Əbdürrəhman Rüstəmov, Nihad Yusibov, Fatimə Alkərəmova, Selcan Əbdürəhmanlı, Aysel Səfərova, Ayan Kələntərova, İlahə Rəciyeva Konya şəhərindədirlər və yarışlara hazırlaşırlar. Üzgüçülük üzrə mübarizə avqustun 13-dən başlayır.

Xəbər 369 dəfə oxundu.