Ümumdünya Şahmat Olimpiadası: Şahmatçılarımız Gürcüstan və Serbiya yığmaları ilə mübarizə aparırlar
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasının son turunun oyunları keçirilir.

Bu gün keçirilən 11-ci turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Rauf Məmmədov) Serbiya, qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva) isə Gürcüstan şahmatçıları ilə mübarizə aparırlar.

Qeyd edək ki, ötən turların nəticəsinə görə qadın yığmamız 16 xalla 3-cü, kişi şahmatçılarımız isə 14 xalla 16-cı sırada qərarlaşıb.

Xəbər 279 dəfə oxundu.