Millimiz “Sabah” ilə yoxlama oyununda qələbə qazanıb
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

“Sabah”ın eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 4:1 hesablı qələbə qazanıb.

İbrahim Xəlilovun dubl etdiyi oyunda U-16-nın digər qollarını Ramin Əvəzov və Ziya Şəkəranov vurublar.

Xəbər 257 dəfə oxundu.