Stolüstü tennisçilərimiz “Eurotalents pre-selectıon camp”ın seçim turunda iştirak edəcəklər
Macarıstanın Kişkunfeldhaza şəhərində kiçik yaşlı yeniyetmələr üçün "Eurotalents pre-selectıon camp" adlı tədbir keçiriləcək.

"Eurotalents pre-selectıon camp"ın seçim turlarında iştirak etmək üçün perspektivli idmançılarımızdan Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə, Tunar Bağırov, məşqçilərimiz Rüfət Əliyeva və Səbinə Əzizli bu gün Macarıstana yola düşüblər. Tədbir avqustun 15-dək davam edəcək.

Xəbər 246 dəfə oxundu.