Ağırlıqqaldırma üzrə Avropa birinciliyində ölkəmizi 5 idmançı təmsil edəcək
Avqustun 10-18-də Polşanın Raşin şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi keçiriləcək.

Yarışda Azərbaycan yığma komandasını məşqçi Oktay Muxtarovun rəhbərliyi altında 5 idmançı təmsil edəcək. Belə ki, 15 yaşadək qızlar arasında Zəhra Niftəliyeva (71 kq), oğlanların turnirində Turan Əliyev (61 kq) güclərini sınayacaqlar. 17 yaşadək qızların yarışında Rahilə Hüseynzadə (81 kq) iştirak edəcək. Qasım İsmayılov (61 kq) və Ravin Alməmmədov (67 kq) isə bu yaş qrupu üzrə oğlanlar arasında keçiriləcək turnirdə mübarizə aparacaqlar.

Qitə birinciliyində 36 ölkədən 393 nəfər (192 qız, 201 oğlan) atlet iştirak edəcək.

Xəbər 191 dəfə oxundu.