“Sabah”ın baş məşqçisi: Oyunun nəticəsindən razı qaldım
Çempionatda ilk oyun həmişə həyəcanlı olur.

Bu sözləri “Sabah” futbol klubunun baş məşqçisi Murad Musayev “Sumqayıt”la matçdan sonra deyib.

“Oyunun nəticəsindən, sərgilənən oyundan, futbolçuların matça yanaşmasından razı qaldım. Azarkeşlərimizə xüsusi təşəkkür etmək istəyirəm. Onlar bu gün də həmişəki kimi bizə çox yaxşı dəstək oldular”, - deyə rusiyalı mütəxəssis bildirib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının I turunda “Sabah” və “Sumqayıt” komandalarının qarşılaşması meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 219 dəfə oxundu.