Fudokan karate-do üzrə seminar keçirilib
Heydər Əliyev Mərkəzinin 10 illiyi münasibətilə fudokan karate-do idman növü üzrə ustad dərsləri keçirilib.

Seminarda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Gündüz Vəliyev, Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə, vitse-prezidentlər Aqil Gözəlov, Bəşir Mahmudov, məşqçi korpusu və 100-dən çox fudokançı iştirak edib.

Sonda idmançılara ustad dərsində iştirak etdiklərinə görə sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

Xəbər 283 dəfə oxundu.