“Avro-2023”: Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub
Avqustun 6-da kişi voleybolçulardan ibarət Azərbaycan millisi “Avro-2023”ün təsnifat mərhələsində növbəti oyununu keçirib.

Millimiz Bakıda Voleybol Mərkəzində Türkiyə yığmasını qəbul edib.

Oyun Türkiyə seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamız “Avro-2023”ün təsnifat oyunlarında A qrupunda mübarizə aparır. Komandamızın rəqibləri Türkiyə və Danimarka milliləridir.

Millimiz növbəti oyununu avqustun 17-də İstanbulda Türkiyə yığmasına qarşı keçirəcək. Voleybolçularımız Bakıda təşkil olunan ilk oyunda Danimarka seçməsinə 1:3 hesabı ilə uduzublar.

Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

Xəbər 228 dəfə oxundu.