“Kəpəz” klubunun kapitanı dəyişib
Dördillik fasilədən sonra futbol üzrə Azərbaycan Premyer Liqasına qayıdan “Kəpəz”in kapitanı dəyişib.

Bundan sonra kapitanlıq sarğısını Tural Axundov daşıyacaq. Otuz dörd yaşlı müdafiəçi 2015/2017-ci il mövsümlərində də Gəncə təmsilçisinin kapitanı olub.

Əli Səmədov və Rauf Əliyev isə klubun vitse-kapitanları olacaq.

Qeyd edək ki, “Kəpəz” ilk turda bu gün “Dalğa Arena”da “Zirə”ni qəbul edəcək.

Xəbər 211 dəfə oxundu.