Millimiz Avropa çempionatına itkisiz yollanır
Qadın voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsinin oyunlarında çıxış edən Azərbaycan milli komandası sonuncu matçını keçirib. İdman.comt.az saytının məlumatına görə, Faiq Qarayevin komandası qrupdakı 6-cı oyununda da rəqibinə set vermədən qalib gəlib.

Seçməmizin bu dəfə Belarusu üstələyib -3:0 (31:29, 25:20, 25:20). Beləliklə, millimiz Avropa çempionatına itkisiz yollanıb.
Qrupdakı digər oyunda Finlandiya Avstriyanı məğlub edib - 3:2 (25:16, 20:25, 18:25, 33:31, 15:5)

Turnir cədvəli: Azərbaycan – 18 (18-0), Belarus – 12 (12-8), Finlandiya - 6 (8-14), Avstriya – 0 (2-18)

Xəbər 1105 dəfə oxundu.