AzAL «Qarabağ»ı tar-mar etdi
Qarabağdan imtina edən klub son illərin ən ağır məğlubiyyətini aldı

Bu Azərbaycan Premyer Liqasının V turuna yekun vurulub. İdman.com.az saytının məlumatına görə, turun 3 günündə cəmi 1 qarşılaşma baş tutub. Bu görüş Bakıda keçiriləcək. Tur ərəfəsində liderlik edən «Qarabağ» və AzAL liderlik uğrunda mübarizə aparıblar.

Matçın bərabər şəraitdə keçəcəyi gözlənsə də, gedişat tamam başqa olub. «Təyyarəçilər» evdə Ağdam klubunu obrazlı desək, «daşını daş üstündə qoymayıblar». Aramsız hücumlar təşkil edən Vaqif Sadıqovun komandası rəqibin qapısından 6 top keçirib. «Qarabağ» bu qollardan yalnız 2-sinin əvəzini çıxıb.

Azərbaycan Premyer Liqası. V tur
16 sentyabr (bazar)

AzAL – «Qarabağ» - 6:2
Qol: Branislav Arsenjeviç, 15, Junior Nildo, 20, 49, 60, 74, Zohair Benouahi, 43-p. - Riçatd Almeyda, 82, 86
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
AzAL Arena stadionu.

Xəbər 1028 dəfə oxundu.