Paralimpiyaçılarımız Niderlandda üç bürünc medal qazanıblar
Paralimpiyaçılarımız daha bir beynəlxalq yarışda medal qazanıblar.

AMPK-nın boccia idman növü üzrə milli komandasının üzvləri Sona Ağayeva (BC2), Nərmin Ağayeva (BC4) və Bəhruz Mirzəyev (BC4) Niderlandın Veldhoven şəhərində keçirilən “Intercontinental Challenger” turnirinin bürünc medallarına sahib olublar.

Qeyd edək ki, yarış “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün reytinq xalları qazandırır.

Xəbər 191 dəfə oxundu.