İslam Həmrəyliyi Oyunlarında voleybol yarışlarının təqvimi açıqlanıb
Avqustun 9-18-də Konyada keçiriləcək İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunacaq voleybol yarışlarında qarşılaşmaların təqvimi açıqlanıb.

Proqrama əsasən Azərbaycan milli komandalarının oyunlarının da başlama saatı dəqiqləşib.

B qrupunda qüvvəsini sınayacaq qadınlardan ibarət yığmamız start görüşündə Seneqalla oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Matç oyunların rəsmi açılışından bir gün əvvələ təsadüf edəcək. Avqustun 10-da Əfqanıstan - Azərbaycan, 12-də isə Kamerun - Azərbaycan qarşılaşmaları saat 14:00-da başlayacaq.

Kişi voleybolçulardan ibarət milli isə avqustun 9-da meydana çıxacaq. A qrupunda oynayacaq yığma Sudanı (11:00) sınağa çəkəcək. Avqustun 11-də keçiriləcək Azərbaycan - Kamerun oyunu saat 20:00-da, 13-də isə Azərbaycan - Mərakeş matçı saat 17:00-da başlayacaq.

Xəbər 230 dəfə oxundu.