"Kəpəz" klubu heyətini belaruslu futbolçu ilə gücləndirib
Gəncənin "Kəpəz" klubu heyətinə yeni futbolçu cəlb edib.

Gəncə təmsilçisi belaruslu futbolçu Yeqor Xvalko ilə birillik müqavilə imzalayıb.

İyirmi beş yaşlı oyunçu mərkəz müdafiəçisi mövqeyində çıxış edir.

Onun son klubu vətənində "Arsenal" (Zerjinsk) olub.

Xəbər 273 dəfə oxundu.