Elçin Usub: “Şamaxı” futbol klubunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi işlər görülür
“Şamaxı” futbol klubunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi işlər görülür və görüləcək. Bundan sonra konkret hədəflər müəyyən ediləcək.

Bunu klubun idarə heyətinin sədri Elçin Usub bildirib.

O daha sonra deyib: “Bildiyimiz kimi, Şamaxı deyərkən ağıla iki şey gəlir. Bunlar Azərbaycan tarixində önəmli yer tutan və yeddi əsr fəaliyyət göstərmiş Şirvanşahlar dövləti, Şamaxı Rəsədxanasıdır. Bütün bunlar klubunu loqosunda öz əksini tapıb".

Elçin Usub "Şamaxı" futbol klubunun Premyer Liqadakı çıxışı, həmçinin yeni istifadəyə verilən Şamaxı şəhər stadionu haqqında danışıb.

"Bölgələrdə futbolun inkişafına dəstək, Şamaxı şəhər stadionun səmərəli və müntəzəm şəkildə istismarı, azarkeş marağının artırılması məqsədilə işlər görüləcək”,- deyə klubunun idarə heyətinin sədri vurğulayıb.

O, klubunun gələcək perspektivləri haqqında da danışıb: "Klub yeni qurulduğu üçün bizə hələ ki ciddi uğurlardan danışmaq doğru olmaz. Biz işimizi addım-addım görəcəyik. İş prinsiplərimizi yeniləyəcəyik. Bütün bunlara baxmayaraq, problemlərimiz var".

Xəbər 390 dəfə oxundu.