Rio-2016-ya cəmi 4 il qalır: Favel - dövlət içində dövlət
Braziliya, ümumiyyətlə, hər şəhərinin təhlükəli rayonları ilə məşhurdur. Onlara Rionun kənarında yerləşən tarixi təpələrdən birinin adı ilə favellər deyirlər. İdman.com.az saytının məlumatına görə, ötən əsrin əvvəllərində onların sayı 40 idisə, bu əsrin əvvəlinə 600-ü aşıb. Dövlət bu məsələyə ciddi baş qoşaraq, o ərazilərin sakinlərinə normal yaşayış və iş təklifini genişləndirməklə, mübarizəni sivil qaydada artırmaq niyyətindədir. Təşkilat Komitəsi istənilən halda UPP adlanan patrul polisini həmin vaxt xüsusi rejimdə çalışdıracağını deyir.

Cəza tədbirlərinin bir nəticə verməsi də istisnadır. 2007-2010-cu illər arasında burada 265 nəfər axtarışda idi. Onlardan 100-ü həbs olnub. Hazırda 251 nəfər hələ də axtarışdadır. Konkret məlumatlar olmasa da, onlar artıq bu sahədə ciddə işlər getdiyini söyləyirlər. Hərçənd illərlə bu mübarizə aparılsa, hətta həmin rayonların xüsusi divarla hasarlanmasına çalışılsa da, bu, nəticə verməyib. Hökumət bu rayonlarda əmin-amanlıq yaratmaq məqsədilə 60 milyon dollar ayırıb, lakin bunun gülməli rəqəm olması elə indidən aydındır.

Favellər qanunsuzluqlar rayonu olsa, burada yaşayanlar qanunlarını pozulmasın az qala fəxarət saysalar da, onların filmlərdə adət etdiyimiz cinayətkar rayonlardan fərqi çoxdur. Məsələn, buranın sakinləri uşaqdan-böyüyə silahlanıb. Onlar heç də varlı deyillər. Favellər yazıçı Jorj Amadunun “Qumluq kapitanları” povesti əsasında Holl Bartlettin çəkdiyi “Qum karxanalarının generalları” filminin əks-sədası ilə məşhurlaşdı.

Amma şəhər meri Eduardu Paeşin sözləri ədalətli səslənir: “Bütün Braziliyada olduğu kimi, Rioda da çalışmaq, çalışmaq və çalışmaq lazımdır. Olimpiada bir an içində bizi xoşbəxt etməyəcək. Amma olimpiadadan sonra şəhər daha çox inteqrasiya olunmuş və daha bərabərhüquqlu sakinləri olan məkana çevrilə bilər”.
Ölkə və şəhər rəhbərliyi olimpiadadan istifadə edərək, belə cinayətkar rayonlardan birini tam sökəcək. Olimpiya kəndi Vila Autodromuda yerləşəcək. Sakinlər narazı olsalar da, artıq qərar verilib.

Xəbər 983 dəfə oxundu.