Bu gün UEFA Avropa Liqasının 2022/2023-cü il mövsümünə start veriləcək
Bu gün futbol üzrə UEFA Avropa Liqasının 2022/2023-cü il mövsümünə start veriləcək.

Yarışda mübarizə üçüncü təsnifat mərhələsindən başlayacaq. Raundun bütün ilk oyunları eyni gündə keçiriləcək.

Günün oyunları aşağıdakılardır:

20:00 - AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya)

21:00 - "Malmö" (İsveç) - "Düdelanj" (Lüksemburq)

21:00 - "Fənərbağça" (Türkiyə) - "Slovaçko" (Çexiya)

22:15 - "Maribor" (Sloveniya) - HİK (Helsinki, Finlandiya)

22:45 - "Linfild" (Şimali İrlandiya) - "Sürix" (İsveçrə)

23:00 - "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya)

23:00 - "Olimpiakos" (Yunanıstan) - "Slovan" (Bratislava, Slovakiya).

Xəbər 548 dəfə oxundu.