“Səbail” klubu müdafiəçisini “Şamaxı”ya icarəyə verib
Bakının “Səbail” klubu müdafiəçisi Adil Nağıyevlə yollarını ayırıb.

Müdafiəçi cari mövsümü icarə əsasında “Şamaxı”da keçirəcək. Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan yığmasının da üzvü olan A.Nağıyev bu yay “Səbail”lə yeni müqavilə bağlamışdı. Lakin sonradan komandanın yeni baş məşqçisi Mahmud Qurbanov onu heyətdə saxlamaq istəməyib.

Xəbər 250 dəfə oxundu.