“Fənərbağça” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Türkiyənin “Fənərbağça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Super Liqa təmsilçisi qapıçı İrfan Can Eğribayatı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İyirmi dörd yaşlı qolkiper “Göztəpə”dən satınalma şərti ilə mövsümün sonunadək icarəyə götürülüb.

Futbolçu “Adanaspor”un yetirməsidir. O, 2020-ci ildə məhz bu klubdan “Göztəpə”yə transfer olunub. Son iki mövsümdə İzmir təmsilçisinin əsas qapıçısı olan İrfan, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Xəbər 219 dəfə oxundu.