“Neftçi” klubu bu gün UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununa çıxacaq
Bakının “Neftçi” futbol klubu bu gün UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Baş məşqçi Laurentsiu Regekampfın komandası Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edəcək. "Bakcell Arena"da oynanılacaq görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edəcək. Qarşılaşma saat 21:00-da start götürəcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

Xəbər 414 dəfə oxundu.