Ümumdünya Şahmat Olimpiadası: Şahmatçılarımız Qazaxıstan və Slovakiya təmsilçiləri ilə qarşılaşacaqlar
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Bu gün keçiriləcək 6-cı turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) Slovakiya, qadın yığmamız (Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva) isə Qazaxıstan şahmatçıları ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, qadın şahmatçılarımız 9 xalla 5-ci, kişilərdən ibarət komandamız isə 7 xalla 27-ci sıradadır.

Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində isə 162 ölkədən komandalar mübarizə aparırlar.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət yarış avqustun 9-dək davam edəcək.

Xəbər 239 dəfə oxundu.