“Neftçi” ilə oyun öncəsi müəyyən nəticə çıxaracağam”
“Hayduk”la oyunda qalib gəlsək də, müəyyən çatışmazlıqlar oldu. Xüsusilə də müdafiə xəttindəki səhvlərimiz diqqətimi çəkdi”. İdman.com.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun baş məşqçisi Vladimir Vermezoviç deyib.

Avropa Liqasının sentyabrın 20-də “Neftçi” ilə keçiriləcək oyunu öncəsi Serbiya çempionatında “Hayduk”u 5:2 hesabı ilə məğlub edən belqradlıların çalışdırıcısı oyundan narazı qalıb. Onu müdafiədəki boşluqlar üzündən buraxılan 2 qol narahat edib:

“Lakin bu bizim üçün dərs oldu. Avropa Liqasının “Neftçi” ilə oyunu öncəsi nələri isə öyrəndik. Futbolçular bundan dərs götürməlidir. Elə mən də müəyyən nəticə çıxaracağam”.

Xəbər 837 dəfə oxundu.