“Avro-2023”: Bu gün kişi voleybolçularımız Danimarka yığması ilə mübarizə aparacaqlar
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi “Avro-2023”ün təsnifat mərhələsində ilk rəsmi matçını avqustun 3-də - bu gün Danimarka yığmasına qarşı keçirəcək.

Bakıda Voleybol Mərkəzində baş tutacaq görüşə saat 18:00-da start veriləcək.

Yığmamız “Avro-2023”ün təsnifat oyunlarında A qrupunda mübarizə aparacaq. Komandamızın rəqibləri Türkiyə və Danimarka milliləridir. Qeyd edək ki, avqustun 6-da Bakıda Azərbaycan – Türkiyə, 17-də İstanbulda Türkiyə-Azərbaycan, 20-də isə Middelfartda Danimarka – Azərbaycan matçları baş tutacaq.

Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

Xəbər 223 dəfə oxundu.