2023-cü ildə MotoGP dünya çempionatının start yürüşünə Portuqaliya ev sahibliyi edəcək
2023-cü ildə Portuqaliya Qran-Prisi FIM MotoGP™ dünya çempionatının birinci mərhələsi olacaq. Alqarde beynəlxalq trasında mövsümün açılışı 2023-cü il martın 24-dən 26-dək olacaq.

Beynəlxalq Motosiklet İdmanı Federasıyası bunu avqustun 2-də elan edib.

2023-cü il Portuqaliya Qran-Prisi 2006-cı ildən bəri Avropada təqvimin ilk açılışı və 30 ildən artıq müddətdə Avropada mövsümün üçüncü açılışı olacaq. Bu tədbir həm də Portuqaliyada ilin ilk yürüşü olacaq.

Yarışlardan bir neçə həftə əvvəl Portuqaliyanın Portiman şəhərində rəsmi mövsümqabağı testlər də keçiriləcək. Bu testlərin tarixləri yaxın vaxtlarda təsdiq ediləcək.

Xəbər 216 dəfə oxundu.